Yuxarı
loading...
loading...

İldırım bir gündə üç nəfəri vurdu - Azərbaycanda /Yeniləndi

31.05.2018 22:35 Oxunma sayı: 1627


Yardımlı sakinini ildırım vuraraq öldürüb.

Hadisə rayonun Daşkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1983-cü il təvəllüdlü Xəlilov Natiq Qüdrət oğlu əkin sahəsində mobil telefonla danışan zaman onu ildırım vurub.

Qeyd edək ki, analoji hadisə bu gün Masallıda da baş verib. İldırım rayon sakinini vuraraq öldürüb.

Masallının Mollaoba kənd sakini, 1991-ci il təvəllüdlü Fərid Xəzər oğlu Həsənov əmisi, Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Elsəvər Aslan oğlu Həsənovla birgə 4 gün əvvəl dünyasını dəyişən anasının məzarını ziyarətə gedib.

Qəbiristanlıqda telefonla danışan F. Həsənovu ildırım vurub. Ətrafdakıların köməkliyi ilə Boradigah qəsəbə xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb.

Yüngül xəsarətlər alan E. Həsənov isə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.


loading...