Yuxarı
loading...
loading...

150 milyonluq transfer “Barselona”dan gedə bilər

31.05.2018 12:52 Oxunma sayı: 1559


“Liverpul” “Barselona”nın futbolçusunu transfer etmək istəyir.

“Qırmızılar” Kataloniya klubunun Dortmun “Borussiya”sından 145 milyon avroya aldığı Osman Dembeleyə eli düşüb.

“Barselona”ya transfer olunduqdan bir müddət sonra zədələnən və uzun müddət yaşıl meydanlardan kənarda qalan başa çatan mövsümdə oynadığı 23 rəsmi oyunda 4 qol vurub, 8 məhsuldar ötürmə edib. Baş məşqçi Ernesto Valverdenin onun performansından razı olmadığı və yaşı təklif gələcəyi halda satılmasını istədiyi bildirilir. “Liverpul”un baş məşqçisi Yurgen Klopp isə Dembelenin transferində israrlıdı. Futbolçu özü də Premyer Liqada oynamaq istəyir.


loading...