Yuxarı
loading...
loading...

Ronaldoya fantastik təklif: 45 milyon avro maaş...

30.05.2018 17:27 Oxunma sayı: 1612


PSJ Kriştiano Ronaldonu heyətinə qatmaq istəyir. 
 
AS nəşri xəbər verir ki, Paris klubu "Real"ın portuqaliyalı ulduzuna illik 45 milyon avro maaş təklif edir. İspaniya klubuna isə maksimum 150 milyon avro təklif ediləcək. Amma futbolçunun müqaviləsindəki 1 milyard avroluq sərbəst qalma maddəsi fransızların önündəki ən böyük əngəldi.
 
PSJ rəhbərliyində Neymar-Mbappe-Ronaldo üçlüyünü görməyi arzulayır. Məlum olduğu kimi, "Real" da Neymarı transfer etmək istəyir. PSJ rəhbərliyi narahatdı ki, Ronaldonu alacaqları halda "Real"ın Neymarı transfer etmək şansı artacaq.

loading...