Yuxarı
loading...
loading...

Aparıcı Zauru efirdə ilk dəfə belə pərt etdilər – VİDEO

30.05.2018 16:44 Oxunma sayı: 6241


Zaur Kamalın təqdimatında efirdə yayımlanan “5-də 5” verilişində maraqlı anlar yaşanıb.

Aparıcının bu dəfə yalnız bir qonağı olub. Belə ki, Zaur Kamal verilişinə yenicə Əməkdar artist fəxri adını alan müğənni Könül Kərimovanı dəvət edib. Studiya şarlarla bəzədilib və xüsusi buraxılış kimi efirdə yayımlanıb.

Hətta bəziləri Zaurdan bunun səbəbini soruşublar, lakin o, sualı düzgün cavablandırmayıb.

Aparıcı veriliş zamanı Xalq artisti Nazpəri Dostəliyeva ilə telefon vasitəsilə əlaqə saxlayıb. Sənətçiyə özünün, proqramın və qonağının adını deyən Zaur gözlənilməz cavab alıb. Belə ki, N.Dostəliyeva “Könül Kərimovaya görə telefonu götürdüm” söyləyib. Aparıcının bunu eşitmədiyini və ya eşidib də, məhəl qoymadığını görən Xalq artisti sözlərini təkrarlayıb və xüsusi olaraq vurğulayıb.

Z.Kamal isə təəccüblü, o cümlədən pərt şəkildə mobil telefonu səsucaldandan çıxararaq qulağına yaxınlaşdırıb, amma eşitdikləri yenə də ürəyincə olmayıb. O, buna heç bir aydınlıq gətirə bilməyib.

Qeyd edək ki, Zaur Kamal dəfələrlə tənqid hədəfinə tuş gəlsə də özünəməxsus davranışlarından əl çəkməyib. Daim qonaqlarını pərt etməyə çalışan aparıcı bu dəfə layiq olduğu vəziyyətə düşüb.

 


loading...