Yuxarı
loading...
loading...

Kolumbiya NATO-nun qlobal tərəfdaşı olacaq

26.05.2018 23:27 Oxunma sayı: 1181


Kolumbiya NATO-nun qlobal tərəfdaşı olacaq.

Bunu Kolumbiya prezidenti Xuan Manuel Santos öz Twitter səhifəsində yazıb.

O, bildirib: "Daha bir böyük xəbər. Gələn həftə biz Kolumbiyanın NATO-ya qlobal tərəfdaş kimi daxil olmasını formallaşdıracayıq".

Onun sözlərinə görə, Kolumbiya belə imtiyazı olan yeganə Latın Amerikası ölkəsi olacaq.


loading...