Yuxarı
loading...
loading...

Maaşlar arta bilər – AÇIQLAMA-VİDEO

26.05.2018 18:16 Oxunma sayı: 1354


Əməkhaqqına tətbiq olunan vergi yükü azaldıla bilər. Bu prosesin maaşların artımına səbəb olacağı gözlənilir.

 Vergilər Nazirliyi vergi yükünün azaldılması ilə bağlı təkliflər hazırlayıb.

Vergilər naziri Mikayıl Cabbarov vergi ödəyiciləri və sahibkarlar üçün hazırlanan təkliflərlə bağlı müzakirələr aparıldığını bildirib. Təşkil olunan Konfransda gömrük rüsumu ilə bağlı tətbiq olunacaq yenliklər də açıqlanıb.

Büdcə paketi üçün hazırlanan təkliflər, vergi yükünün azadılmasına, əməkhaqlarının vergiyə cəlb edilməsinin sadələşdirilməsinə hədəflənib. Müzakirəyə çıxarılan təkliflərdə mikro və kiçik sahibkarlığın vergi yükünün azadılması, vergi uçotunun bərpası yer alır. Təkiliflərdə əməkhaqqına tətbiq olunan vergi yükünün aşağı salınması istənilir. Bu addım vergidən qalan məbləğin əmək haqqlarına əlavə olunmasına şərait yaradacaq.

Mikayıl Cabbarov – Vergilər naziri: “İndi müzakirə edilən vahid vergi yükünün həcmləri hazırda qüvvədə olan qanunvericiliklə tətbiq olunan vergi yükündən əhəmiyyətli dərəcədə fərqlənir. Aşağıdır. Yəni, hazırda vergi yükünün həcminin aşağı salınması məsələsi müzakirə edilir. İnanırıq ki, belə bir islahatın həyata keçirilməsi qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına, o cümlədən əməkhaqların real şəkildə əks etdirilməsinə xidmət etməli, bu işə öz töhfəsini verməlidir”.

Dövlət Gömrük Komitəsindən sahibkarların işini rahatlaşdıracaq xəbər var. Belə ki, gömrük rəsmiləşdirilməsini sürətləndirmək üçün rüsumlar SMS-lə göndəriləcək.

Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sahibkarlara şəffaf mühitin formalaşdırılması üçün aiddiyyəti qurumların qüvvələrini bir yerə cəmləməsinin vacibliyini vurğuladı. Yeni layihələrdən danışan komitə sədri gömrük rüsumlarının sms-lə göndəriləcəyini açıqladı. Bu xidmət sahibkarların gömrük rəsmiləşdirilməsini sürətləndirməsinə imkan verəcək.

Səfər Mehdiyev – Gömrük Komitəsinin sədri: “Onlara lazım olan vergilərin nə qədər olduğu haqqında qabaqcadan sms məlumatlar gedəcək. Bu da ticarətin asanlaşdırılması üçündür. Sahibkarların bəzən günlərlə gömrük anbarlarında qalan yüklərini gəlib rahat rəsmiləşdirə bilərlər”.

Azərbaycanda sahibkarlığın inkişafı üçün hər çür şərait yaradıldığını İqtisadiyyat naziri Şahin Mustafayev açıqladı. Şərab və kənd təsərrüfatı sahəsində ixracla bağlı daha yüksək artım gözlənildiyi bildirildi. Kənd təsərrüfatı naziri İnam Kərimov isə 3 əsas fəaliyyət prinsipi haqda məlumat verdi.

İnam Kərimov – Kənd Təsərrüfatı naziri: “Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri öz fəaliyyət prinsipini dəyişəcək. Artıq kəndli və fermer həmin idarələrə müraciət etməyəcək. Proses əksinə gedəcək. İdarələr kəndli və fermerlərin qayğısına qalacaq, problemlərini həll edəcək.

Sahibkarlara dəstək üçün atılan addımalardan biri də şəhərlərdə və rayonlarda yaradılacaq biznes evləridir. Bu evlər dövlət orqanları ilə sahibkarlar arasında körpü rolunu oynayacaq.

 


loading...