Yuxarı
loading...
loading...

Bakıda ağlasığmaz iftar menyuları – gündə 60 manat, ayda 1860 manat…

26.05.2018 13:13 Oxunma sayı: 3162


5 çeşid yeməyə bu qədər pul verən kimlərdir?

Ramazan ayının gəlişi ilə inanclı insanların arasında iftar və imsaq saatlarında restoranlara müraciət edənlərin sayı da artıb. İnsanlar bəzən bir-birlərini iftar süfrəsi üçün evə yox, restorana dəvət edir. 

Öncədən onu qeyd edək ki, qiymətlər bir çox hallarda yemək çeşidlərinin sayına görə müəyyənləşir və dəyişir. Bəzi restoranlarda, kafelərdə iftar menyuları 15-20 manat arasında dəyişir. Sayı çox olmasa da, bəzi restoranlarda da imsaq menyuları olur.

“Özsüt Baku” restoranı bu il Ramazan ayı üçün həm sahur, həm də iftar menyusu təklif edir. Sahur menyusunun qiyməti 13 manatdır. Menyudan istifadə 7 yaşa kimi uşaqlara pulsuz, 7 yaşdan 15 yaşa kimi 50 faiz endirimlə təklif edilir. İftar menyusu isə 22, 26, 30 manat arasında dəyişir.

Özsüt - Baku adlı şəxsin şəkli.

 

“Dafne restaurant”da sahur menyusu 15 manata təklif edilir. İftar menyusu isə 25 manatdır.

Картинки по запросу “Dafne by Dalida” iftar 25

Mado restoranının Nərimanov şöbəsində sahur menyusu -13 AZN -(ən azı 32 çeşid məhsulla) 
iftar menyusu isə 22 AZN - (növbənöv isti yeməklər,qəlyanaltılar,salatlar ,desertlər və içkilər) məbləğindədir. 5- yaşa qədər ödənişsiz, 5-13 yaşa qədər -8 azn. Restoranın “Fəvvarələr meydanı” şöbəsində isə yalnız sahur menyusu təqdim olunur. Qiyməti 13 AZN (ən azı 32 çeşid məhsulla)

Картинки по запросу “Sahil Bar & Restaurant” iftar

“Qoç ət” restoranında iftar menyusu 20 manat, sahur menyusu isə 13.5 manadır.

Похожее изображение

“Sahil Bar & Restaurant”da iftar menyusu 15 və 18 manata təklif olunur. Müştəri seçilən yeməklərin sayına görə menyu tərcih edir.

Картинки по запросу “Sahil Bar & Restaurant”


“Chaynataun” kafesi isə ancaq imsaq menyusu təklif edir. Birnəfərlik menyu 15 manat dəyərindədir. Menyuya bal, qaymaq, pomidor-yumurta, sosiska, pendir, kükü daxildir. 


“Dafne by Dali”da restoranında birnəfərlik menyunun qiyməti 25 manatdır.

Картинки по запросу “Dafne by Dalida” iftar 25


“The HALL by Emiland” restoranında isə 35 manatlıq iftar menyu təklif edilir.

Картинки по запросу “Sahil Bar & Restaurant” iftar

“Intourust Hotel” Bakıda birnəfərlik menyu 15 manatdır, 


“Bilgah Beach” Hoteldə Ramazan ayı boyunca 25 manata şam menyusu var,

Картинки по запросу “Chaynataun” kafe

“Bazar Delights” restoranında imsaq menyusu 7 manat, iftar menyusu isə 13 manatdır. ÐšÐ°Ñ€Ñ‚инки по запросу “Intourust Hotel” iftar

Anadolu restoranında sahur menyusu 40 dan çox çeşitdən ibarət geniş çeşitli açıq bufetlə 1 nəfər üçün 12 .00 manat təklif edir. Restoranın iftar menyusu yoxdur.

Картинки по запросу Anadolu baku restoran iftar

60 MANATIN VARSA, İFTARINI BURDA AÇA BİLƏRSƏN

Bunlar daha əlçatan və insanları o qədər də təəccübləndirməyən qiymətə olan iftar və imsaq menyularıdır. Indi keçək daha baha qiymətə olan menyulara.

Günaydın restoranında iftar menyusunun qiyməti 60 manatdır. Restoranda sahur menyusu yoxdur.

Похожее изображение

“Four Seasons Hotel”in restoranında da 7 çeşid yeməklə iftar menyusu 60 manatdır.

Картинки по запросу “Four Seasons Hotel” baku

Abşeron oteldə isə iftar menyuları – 60 manatadır. Menyuya şorba, qızardılmış tərəvəzlər, toyuq əti, salat, desert – ümumilikdə 5 növ yemək təklif olunur. 

“Jumeirah Bilgah Beach Hotel”də isə açıq bufet 48 manata, xüsusi menyu 25 manata təklif olunur.

Müqayisə üçün xatırladım ki, Türkiyənin bəzi elit restoranlarının təklif etdiyi iftar menyuları isə daha ağlasığmaz qiymətədir. Məsələn, İstanbulun Çırağan bölgəsində yer alan Tuğra Restaurantın iftar menyusu adambaşına 160 manatadır. 
Nişantaşında yerləşən ən lüks otellərdən olan “St. Regis”in içərisində yer alan “Spago” restoranında da iftar menyusu 120 manatdır. 

Türkiyəni keçək. Amma hesab edək ki, Azərbaycanda orucluq ayı boyunca bir inanclı müsəlman hər dəfə bahalı iftar menyuları təqdim edən restorana gedir. Bu, adambaşına ayda 1860 manat deməkdir. Əgər ailədə iki nəfər iftar üçün hər axşam restorana gedirsə, bu ayda 3720 manatdır. Və ya kimsə ailəlikcə başqa bir ailəni (toplamda 8-10 nəfər deməkdir iftara çağırırsa, bu, rəqəmi varıb siz düşünün. Bunun adı israfçılıqdırmı?

DİNİ EKSPERT: “KASIB MÜSƏLMANLARIN BİR CÜR, VARLILARIN BAŞQA CÜR İFTAR AÇMASI ORUCUN FƏLSƏFƏSİNƏ ZİDDİR”

Dini ekspert Kənan Rövşənoğlu hesab edir ki, iftar menyularındakı fərqi son illərdə özünü daha qabarıq göstərən bir faktordur.

Картинки по запросу Dini ekspert Kənan Rövşənoğlu

Onun sözlərinə görə, müsəlman akpitalizmi deyilən bir anlayış formalaşıb: “Dünaynın hər yerində, xüsusən də körfəz ərəb ölkələrində, son illərdə Türkiyədə lüks "müsəlman həyatı" deyilən bir termin ortaya çıxıb. Lüks "halal" otellər, restoranlar, digər xidmət sahələri meydana çıxıb. varlı müsəlmanlar üçün daha yüksək, lüks xidmətlər təklif olunur. Hətta daha əvvəl məsələn ziyarətə gedən insanın daha əziyyət çəkməsi, çətinliklərlə qarşılaşmçasının təbii olması təbliğ olunurdusa. indi artıq müsəlmanların daha yüksək səviyyəli və lüks həyatı haqq etdikləri anlayışı təbliğ olunur. Hətta Məkkədə Kəbənin düz qarşısında “Hilton” otelləri inşa olunub. Təbii ki, bu otellərdə kasıb müsəlmanlar gedə bilmir. Varlı, kapitalist, iş adamları bu cür otellərin xidmətlərindən yararlanır. Ümumilikdə bu bir "halal sənayesi" formalaşdırıb. Bunun da ən parlaq hissəsi məhz lüks təkliflərdir. Azərbaycanda da bu tendensiya son illərdə qabarıq özünü göstərir. İmkanlı müsəlmanlar daha yüksək şərtlərdə dini borclarını yerinə yetirmək. müsəlman həyatını yaşamaq istəyirlər. Əlbəttə, bu tendensiyada tənqid olunacaq ciddi məqamlar var. Çünki orucun özü müsəlmanlar arasında sosial bərabərlik, qardaşlığı təbliğ edən bir ibadətdir. kasıb müsəlmanların bir cür, varlıların başqa cür iftar açması orucun fəlsəfəsinə ziddir. Amma necə deyərlər bu, qarşısı alınmaz prosesdir, müsəlman dünyası da kapitalizm şərtlərinə uyğunlaşmağa çalışır”.

BU QƏDƏR YEMƏYİ BİR DƏFƏYƏ YEMƏK OLAR?

Ümumilikdə dini kitablarda və din adamlarının danışıqlarından aydın olur ki, dində iftar süfrəsinə xərclənəcək pulla bağlı qadağa yoxdur. Oruc tutan şəxs istədiyi qədər pul xərcləyə, istədiyi qədər yemək yeyə bilər. Amma Ramazanın mahiyyəti nədir və niyə oruc tutduğunu tam anlamalıdır. Ac qalaraq ibadətin məqsədi nədir, Allah bu ibadətlə bizə nə deyir, bax, bunların mahiyyətini başa düşməlidir. Bunu əsas götürmək lazımdır. Ramazan ayını sırf yemək ayı olaraq qələmə vermək doğru deyil. Əksinə yeməyərək mənəvi zənginliyi artırmaq ayı, Quran ayı olaraq təqdim etmək lazımdır. Ramazanda iftar süfrələrinin şəkillərini paylaşmaqdansa, oxunan Quran ayələrini paylaşmaq daha düzgün sayılır.

Похожее изображение

Orucluq dövründə düzgün qidalanmaq üçün müəyyən qaydalar var. Nəinki Ramazan ayının imsaqında, eləcə də adi günlərdə belə səhər yeməyi mütləq yeyilməlidir. Belə ki, suya və qidaya olan tələbatı ödəmək üçün imsaqda mütləq yemək lazımdır. Çünki imsaqda qida qəbul etməyən, bütün günü ac qalan, ya da axşama kimi yatan insanlar var. Axşam iftar zamanı isə normadan artıq və fasiləsiz qida qəbul etmək ziyanlıdır. Hətta səhərə qədər yeyən insanlar var. Bu, həm dini nöqteyi-nəzərdən, həm də tibbi baxımdan düzgün sayılmır. Gün ərzində ac qalmaq xüsusilə də təzyiq problemi, eləcə də mədə-bağırsaq sistemində narahatlığı olan insanların səhhətinə mənfi təsir göstərə bilər. Ona görə də Ramazan ayının qaydalarına tam əməl etmək lazımdır”.

İmsaq zamanı daha çox şit pendirlərə üstünlük vermək lazımdır. Qaymaq və digər ağartı məhsullarından da istifadə etmək məqsədəuyğundur. Səhər menyusunda daha çox meyvə şirələrinə üstünlük verilməsi məqsəduyğundur. Həftədə ən azı 3-4 dəfə təbii qidaların qəbul edilməsi məsləhətdir. İftar zamanı isə ilk növbədə süfrə mədəniyyətinə əməl etmək lazımdır. İsrafçılığa yol verməməyə çalışmaq lazımdır. Çünki iftar açmağın da öz qaydaları var. Oruc bir stəkan su ilə açılır. Buna səbəb mədənin rahatlamasıdır. 5 dəqiqə sonra isə hazırlanan yeməkləri yemək olar. Təbii ki, əvvəlcə ən yüngül qidaların, yəni meyvə-tərəvəzin qəbulu daha yaxşı olar. Birinci menyuda sulu yeməklərin olması daha uyğundur. Çünki birdən-birə ağır yeməyə keçmək xüsusilə də mədə-bağırsaq sistemində problemi olan insanların bundan əziyyət çəkməsinə gətirib çıxaracaq. İftarda doyunca yemək yeyib, səhərə qədər meyvə, salat yeməyi tərcih etmək də düzgün sayılmır. 

Orucluqdan bir ay əvvəl bədəni buna hazırlamaq da lazımdır. Əsas qidanın kalorisini azaltmaq istiqamətində iş görmək vacibdir. Rejimlə qidalanmağa çalışmaq lazımdır. 


loading...