Yuxarı
loading...
loading...

Türkiyə gəmisi raketlə vuruldu - VİDEO

25.05.2018 20:19 Oxunma sayı: 1599


Yəmənə buğda daşıyan Türkiyənin yük gəmisinə raket hücumu edilib.

Bu hadisə ilə bağlı Ağ Ev bəyanat yayıb. Ağ Evdən verilən bəyanata görə Yəmənə buğda daşıyan Türkiyəyə məxsus "İnce Bolu" adlı yük gəmisi Husilər tərəfindən vurulub.

Daha sonra bəyanatda bu hadisənin olduqca önəmli olduğu vurğulanıb: "Bu hadisə göstərir ki, Yəməndə baş verən raket təhlükəsi bütün ölkələr üçün keçərlidir və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin həyata keçirilməsi vacibdir"

Hadisənin ardından ABŞ-ın hərbi-dəniz qüvvələri dərhal hərəkətə keçib.

Məlumatda o da qeyd edilir ki, vurulan gəmidə 50 min ton buğda var. Gəmi Yəmənin Hudaydah şəhəri yaxınlığında yerləşən Saleef Limanı gedirmiş.

 

 


loading...