Yuxarı
loading...
loading...

Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bəzi binalar bayraqlarla bəzədilib

25.05.2018 22:41 Oxunma sayı: 1434


Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibəti ilə paytaxt Bakıda və Azərbaycanın bəzi rayonlarında bir sıra binalar bayraqlarla bəzədilib.

Paytaxtın bir sıra yaşayış və qeyri-yaşayış binalarında ("Qafqaz” otellər şəbəkəsi, "AFB Bank" şəbəkələri, "Pullman" Hotel, “Libraff” kitab satışı mağazaları, "Qafqaz Buziness Center", "Capital Tower", “Crescent Development”, “Dərs evi”, bəzi restoranlar, mağazalar, iş mərkəzləri və s.) Cümhuriyyətimizin 100 illiyi şərəfinə üçrəngli Azərbaycan bayraqları asılıb.

Bununla Şərqin ilk demokratik respublikası olan Xalq Cümhuriyyətinin şərəfli tarixi ilə bağlı qürur hissi ifadə edilir, dövlət və dövlətçilik rəmzlərinə hörmət və ehtiram bildirilir.

Qeyd edək ki, ölkə başçısının sərəncamına əsasən, 2018-ci il Azərbaycanda "Cümhuriyyət ili" elan olunub.

Bu münasibətlə ölkə daxilində, o cümlədən bir sıra xarici ölkələrdə silsilə tədbirlər keçirilir.


loading...