Yuxarı
loading...
loading...

“Facebook” və “Twitter” şərtlərini sərtləşdirir

25.05.2018 15:43 Oxunma sayı: 1494


"Facebook” və "Twitter” rəhbərliyi siyasi reklam yerləşdirilməsi qaydalarına dəyişiklik etmək qərarı verib.

 
Sosial şəbəkələr 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkisinə müdaxilə ehtimalı ilə bağlı bu addımı atıb. Yeni şərtlərə görə, "Facebook” istifadəçiləri reklam kampaniyasının büdcəsi, baxışların statistikası, izləyicilərin cins və yaşını, həmçinin, siyasi reklamın son 7 il ərzində ABŞ-dakı arxivini görə biləcəklər.
 
"Twitter”də isə siyasi reklam yerləşdirmək istəyən şəxs bəzi məlumatlarını göstərməli olacaq. Reklamın özü xüsusi işarə ilə işarələnəcək, sponsoru göstəriləcək.

loading...