Yuxarı
loading...
loading...

"Ronaldonu abort etmək istəyirdim" - Anasından şok etiraf

25.05.2018 15:34 Oxunma sayı: 1428


“Real”ın ulduz futbolçusu Kriştiano Ronaldonun anası Dolores Aveyru illər sonrakı etirafı ilə hamını təəccübləndirib.

O, oğlunun dünyaya gəlməsini istəmədiyini bildirib.

“Mənim artıq 3 övladım var idi. Abort etməyə çalışdım və bacarmadım. Xoşbəxtlikdən. Çünki Kriştiano mənim həyatımı işıqlandıran ulduza çevrildi. Mən qadınlara demək istəyirəm ki, bunu etməsinlər”,-deyə Aveyru “Cəsur ana” adlı yeni kitabında yazıb.

Portuqaliyalı futbolçu “Real Madrid”in heyətində 2009-cu ildən çıxış edir. 2017/2018 sezonunda Ronaldo bütün turnirlərdə 43 matça çıxıb və 44 qol vurub. Forvard 5 dəfə “Qızıl top”un sahibi olub.


loading...