Yuxarı
loading...
loading...

Elza Seyidcahandan İlhamə Quliyeva ilə BAĞLI ŞOK ŞEİR: "Quru, quru, quruyasan..."

25.05.2018 11:47 Oxunma sayı: 2045


Əməkdar artist Elza Seyidcahan mərhum Xalq artisti İlhamə Quliyevaya şeir yazıb.

Ifaçı İ.Quliyevaya yazdığı "Quru böhtan" adlı şeirini “Zarafat-zarafat” verilişində səsləndirib.

Qocanın xatirə silsiləsinin baş qəhrəmanı mən deyiləm.

İstəmərəm, mən istəmərəm pis qoca xatirəsində öləm...

Qocalar keçmiş xəyallarında

gənclər gələcək arzularında yaşayırlar.

Gələcək, gələcək, o gözəl gələcək

Gələcək o günki o, itəcək

Gələcək, gələcək, o özəl gələcək

Gecədək, o günki pis öləcək.

Gələcək, gələcək, bizlər gələcək

Bitəcək bu günki sən siləcəksən

Etdiyin səhvləri tam görəcəksən

O böhtançının dərmanı yoxdur

Böhtana məhəl qoyansa yoxdur

Böhtan satan, sürününən çoxdur

Dərmanı yoxdur, yoxdur,

Gələcək çoxdur, çoxdur

Böhtana məhəl qoymayram.

Mən ona lap od qoyaram.

Böhtançı qorxağın intiqamı

Böhtanın yox qılınc qalxanı.

Aydan arı, sudan duru

İnsanlara böhran quru.

Quru, quru böhtan

Quru, quru, quruyasan sən böhtan satan

Quru, quru böhtan

Quru, quru böhtan.

"Quru böhtançı" adlanan şeir Seyidcahanın kitabında yer alıb.

Daha sonra isə aparıcı və aktyor Əkbər Əlizadə İlhamə Quliyevanı parodiya edib.


loading...