Yuxarı
loading...
loading...

NATO generalları ordumuzun təlimini izləyib

25.05.2018 11:33 Oxunma sayı: 1458


Qaraheybət Təlim Mərkəzində davam edən NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimində yüksək səviyyəli qonaqlar günü keçirilib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, MN-in general heyəti ilə birgə Şimali Atlantika Alyansının Quru Qoşunları Komandanlığının qərargah rəisi, diviziya generalı Erhan Uzun və ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri təlimi izləyiblər.
Təlim mayın 25-də sona çatacaq.
 
 

loading...