Yuxarı
loading...
loading...

Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub

24.05.2018 21:34 Oxunma sayı: 1511


15:37

Fövqəladə Hallar Nazirliyi Xəzərdə iki meyitin tapılması barədə açıqlama yayıb.

Nazirlikdən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) içərisində 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti olan rezin qayıq aşkarlanıb. Məlumat aidiyyəti qurumlara ötürülüb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Vixr-3 gəmisi qayığın tapıldığı əraziyə cəlb olunub. Hazırda meyitlərin götürülməsi və qayığın sahilə çıxarılması ilə bağlı zəruri tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

***

20:46

Bu gün saat 13:00 radələrində dənizdə (sahildən, təxminən, 90 km dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin (şəxsiyyətləri məlum deyil) meyiti FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisinin göyərtəsinə götürülüb.

Nazirliyin saytının verdiyi məlumata görə, hazırda gəmi sahilə doğru hərəkət edir. Meyitlər və qayıq aidiyyəti üzrə təhvil veriləcək.​

***

Bu gün Xəzər dənizində qayıqda tapılmış meyitlərin kimliyi məlum olub.

Bunlar bir ay əvvəl Sumqayıt şəhəri ərazisindən dənizə çıxmış 2003-cü il təvəllüdlü Adil Müşviq oğlu Cəbiyev və 2001-ci il təvəllüdlü Nüsrət Nəzər oğlu Nəzərovdur.

Meyitlər müayinə olunduqdan sonra ailələrinə təhvil veriləcək.


loading...