Yuxarı
loading...
loading...

Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT: Yarım ton heroin müsadirə olundu

24.05.2018 16:54 Oxunma sayı: 1408


İrandan Azərbaycan ərazisinə daxil olan yük avtomobili Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.
 

Rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.


loading...