Yuxarı
loading...
loading...

Azərbaycanda tanınmış şəxs xərçəng xəstəliyindən dünyasını dəyişdi - FOTOLAR

23.05.2018 12:30 Oxunma sayı: 2563


Sumqayıtda tanınmış müəllim dünyasını dəyişib.

Corat qəsəbəsində fəaliyyət göstərən 7 saylı tam orta məktəbin ingilis dili müəllimi, "Tərəqqi" medalı mükafatçısı, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi Sumqayıt şəhər şöbəsi sədr müavini Xanım Əliyeva vəfat edib. Səhər saat 6 radələrində dünyasını dəyişən X.Əliyeva 1955-ci ildə Corat qəsəbəsində anadan olub. 17 yaşından musiqi müəllimliyi ilə fəaliyyətə başlayan pedaqoq universiteti bitirdikdən sonra ingilis dili müəllimi kimi çalışıb. Uzun müddət təhsil sahəsində fəaliyyət göstərən X.Əliyeva bir sıra araşdırmaların və "Corat: Tarixin izləri" adlı kitabın müəllifidir.

Qeyd edək ki, Xanım Əliyeva uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Azərbaycanda bu tanınmış şəxs xərçəng xəstəliyindən dünyasını dəyişdi - FOTOLARAzərbaycanda bu tanınmış şəxs xərçəng xəstəliyindən dünyasını dəyişdi - FOTOLAR

 


loading...