Yuxarı
loading...
loading...

Narkotik yetişdirən yeniyetmələr həbs edildi

23.05.2018 14:41 Oxunma sayı: 1472


Sabirabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkarlanması istiqamətində tədbirlər görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olan məlumat əsasında Sabirabad rayon polis şöbəsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Həşimxanlı kəndi ərazisinə baxış keçirilib.

Oradan kultivasiya yolu ilə yetişdirilmiş 41 ədəd çətənə kolu və ümumi çəkisi 485 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Məsələ ilə əlaqədar polis əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Nərimankənd kənd sakinləri olan iki yeniyetməni saxlayıb.

Araşdırma zamanı onların Sahil Əhmədov və Qədir Babayev olduqları məlum olub. Saxlanılan şəxslər istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Faktla bağlı araşdırma aparılır.


loading...