Yuxarı
loading...
loading...

İki ölkə Rusiyaya qarşı birləşdi

23.05.2018 11:13 Oxunma sayı: 1313


Danimarka və İsveç Rusiya təhdidinə qarşı birgə hərəkət etmək planı ilə bağlı razılığa gəlib.

Razılaşma İsveç Müdafiə naziri Peter Hulquvist və danimarkalı həmkarı Klaus Frederiksonla görüşdə əldə edilib.

Məlumata görə, hər iki ölkə dəniz sularının və hava məkanın birgə qorunması barədə anlaşma imzalayıblar. Bildirilib ki, Rusiya qırıcılarına qarşı effektiv və ani hərəkət etmək üçün ölkələr bir-birinin hava və dəniz məkanına icazə almadan daxil ola biləcək.

Rusiya sualtı gəmilərinin Baltikdə hərəkətinin qarşısını almaq üçün də bir sıra planlar üzərində işlər görüləcək.


loading...