Yuxarı
loading...
loading...

Bakıda Azərbaycan dilində çəkilən İran filmləri təqdim olunacaq

22.05.2018 17:07 Oxunma sayı: 1504


Bakıda Azərbaycan dilində çəkilən İran filmləri təqdim olunacaq. “Sərhədsiz kino” adlanan təqdimat 29-31 may tarixlərində, saat 17:00-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş tutacaq.

Bu barədə tədbirin təşəbbüskarı, tanınmış iranlı kinorejissor Rıza Siami musavat.com-a açıqlamasında bildirib. Kinorejissor qeyd edib ki, tədbirdə gənc rejissorların ərsəyə gətirdiyi 14 qısa film nümayiş olunacaq: “Qeyd etdiyimiz kimi 3 gün ərzində Təbriz, Ərdəbil və Urmiyadan olan gənc rejissorların Azərbaycan dilində çəkilən filmlər təqdim olunacaq. Onlardan 4-ü sənədli, 10-u isə bədii filmlərdir.

Proqram aşağıdakı kimi nəzərdə tutulub:

- Birinci gün: Bəhnən və Bəhram Ərkin “Nəcis”, Şəhzad Qureyşinin “Qəfəs”, Erturan Nəcəfi Gülün “Səs”, Haydə Muradinin “Qarlı dağlar”, Kərim Əziminin “999999999” filmləri,

- İkinci gün: İsmayıl Münsifin “Ardak”, Əlirza Səlmanpurun “Yara”, Leyla Novruzinin “Mən ismətəm”, Rza Cəfərzadə “Daş abidə”, Leyla Əhədinin “Ətirşahın qışı” filmləri,

- Üçüncü gün: Rza Camalın “Sərhəd Uşağı”, Fərhad Eyvəzinin “Şimşək”, Əli Mərdüminin “Məzarlıq kişiləri”, Siyamək Ətanın “Doğum” filmləri.

Onu da əlavə edim ki, bu tədbirin keçirilməsinə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Fərəh Əliyeva və universitetin kafedra müdiri Rafiq Quliyev, kino fakültəsinin dekanı Mübariz Məmmədli, tanınmış azərbaycanlı kinorejissor İlqar Nəcəf böyük dəstək verib”.

 

 

 


loading...