Yuxarı
loading...
loading...

Donbasda müharibə yenidən alovlandı – Ölü və yaralılar var

22.05.2018 15:24 Oxunma sayı: 1444


Ukraynanın şərqində hərbi əməliyyatlar yenidən aktivləşib.
 
Ukrayna kəşfiyyatının məlumatına görə, Donbasda 15 terrorçu məhv edilib, 13-ü yaralanıb. Keçən sutka ərzində separatçılar Ukrayna mövqelərinə 55 dəfə atəş açıblar. 30 halda isə Minsk razılaşması ilə qadağan olunan minaatan və artilleriyadan istifadə olunub. 2 Ukrayna hərbçisi ölüb, 9-u yaralanıb.
 
 
Ukrayna hərbçiləri Avdeyevka və Marinka yaşayış məntəqələrində snayper əleyhinə tədbirlərə əl atdıqdan sonra mövqelərin atəşə tutulması dayandırılıb. Əməliyyatlar zamanı separatçıların nəzarət postu məhv edilib, üç separatçı əsir götürülüb.

loading...