Yuxarı
loading...
loading...

Binəqədinin yeni icra başçısı o olacaq

21.05.2018 15:34 Oxunma sayı: 2598


Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının Binəqədi rayonuna icra başçısı təyin olunur. 

Bu barədə  mötəbər mənbədən məlumat daxil olub.

Məlumata görə, ötən həftə ölkə prezidentinin sərəncamı ilə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Xaləddin İsgəndərovun yerinə ən layiqli namizəd kimi Əhəd Abıyevin adı hallanır.

Məsələ ilə bağlı Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin mövqeyini öyrənməyə çalışsaq da, telefon zəngimizə cavab verilməyib.

əhəd abıyev boks ile ilgili görsel sonucu
 
Qeyd edək ki, Əhəd Abıyev haqqında mətbuatda tez-tez yazılar dərc edilir. O, boks şouları ilə yerli, Kolumbiya bayrağını Ermənistan bayrağı ilə səhv salması ilə də dünya mətbuatında özündən bəhs etdirib.
 
əhəd abıyev Kolumbiya ile ilgili görsel sonucu
 
 

 


loading...