Yuxarı
loading...
loading...

Qadınları Türkiyəyə aparan qadın saxlanılıb

18.05.2018 12:55 Oxunma sayı: 1517


DİN-in mətbuat xidmətindən  verilən məlumata görə, nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bərdə rayon sakini Samirə Mehdiyevanın gəlir əldə etmək məqsədi ilə qadınları Türkiyəyə aparıb cinsi istismara məruz qoyması müəyyən edilib. 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə cinayət işi başlanılıb.

Görülmüş tədbirlərlə S.Mehdiyeva saxlanılıb.


loading...