Yuxarı
loading...
loading...

3 ölkədən nüvə sazişi qərarı

17.05.2018 23:25 Oxunma sayı: 1465


Böyük Britaniyanın baş naziri Tereza Mey Britaniya, Almaniya və Fransanın İranla imzalanmış nüvə razılaşmasına əməl etməyə davam edəcəklərini açıqlayıb.
 
 Mey Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə Bolqarıstanın paytaxtı Sofiyada görüşüb və razılığa gəliblər.
 
Qeyd edək ki, ötən həftələrdə ABŞ prezidenti Donald Tramprazılaşmadan imtina etdiyini açıqlamışdı. Saziş İranın nüvə fəaliyyətinə məhdudiyyət qoymasını və qarşılığında digər ölkələrin İrana tətbiq etdiyi sanksiyalardan imtinasını nəzərdə tutur.

loading...