Yuxarı
loading...
loading...

ABŞ-da İŞİD üçün kadr hazırlayan şəxslər azadlıqdan məhrum edilib

17.05.2018 12:36 Oxunma sayı: 1517


ABŞ-ın Florida ştatının məhkəməsi 3 yerli sakini İŞİD terror qruplaşmasına maddi yardım göstərmək məqsədi ilə işbirliyində iştiraka görə müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Bu barədə Birləşmiş Ştatların Ədliyyə Nazirliyi məlumat yayıb.

Deyn Antani Kristian, Darren Arness Cekson və Qreqori Habbard 2016-cı ilin iyulunda Federal Tədqiqatlar Bürosu tərəfindən saxlanılıb. İttiham aktına görə, onlar 2015-ci ilin iyulundan etibarən İŞİD-ə "kadr yığımı"nda yardım göstərmək məqsədi ilə işbirliyinə giriblər.


loading...