Yuxarı
loading...
loading...

Avroviziya yarışmasında ermənilərin təxribatı

17.05.2018 12:18 Oxunma sayı: 1277


Ötən həftə növbəti Avroviziya yarışmasını da yola saldıq. Hər il olduğu kimi bu il də yarışmanın nəticəsi ətrafında mübahisə baş alıb gedir.

63-cüsü keçirilən Avroviziya mahnı yarışması öz nəticəsi ilə bir daha siyası məqsədlərə xidmət etdiyini göstərdi. Bu il qazanan tərəf İsrailli Netta Barzilay qələbə sonrası çıxışında gələn il hər kəsi başı bəlalı Qüdsə dəvət etdi və onun çıxış müsəlman dünyası tərəfindən birmənalı qarşılanmadı.

Bu məsələ bir yana Avroviziyada Azərbaycana qarşı da az haqsızlıqlar olmayıb. Ermənilər yaralı yerimiz olan Qarabağla bizə qarşı qərəzli mövqeyini sərgiləyirdi.

Sizlərə ermənilərin bu yarışmadan istifadə edərək müxtəlif illərdə Azərbayacana qarşı təxribat xarakteri çıxışlarını təqdim edirik.

2009-cu il Rusiyada təşkil olunan Avroviziya mahnı yarışmasında Qarabağ ərazisini öz əraziləri kimi təqdim edərək, azərbaycanlılar tərəfindən etirazla qarşılaşmışdılar. Və tədbirin təşkilatçıları tərəfindən Ermənistandan gələn iştirakçılara irad bildirilmişdi.

İkinci belə bir hal 2010-cu ildə Norveçdə keçirilən yarışda baş verib. Belə ki, erməni təmsilçilər yarış keçirilən  “Telenor Arena”ya qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı ilə gəliblər. Təbii ki, belə hallar ermənilərin özlərini beynəlxalq arenada tanıtmaq cəhdi ilə əlaqədar olsa da, boşa çıxır.

Ermənistan “Eurovision” mahnı müsabiqəsi çərçivəsində Azərbaycana qarşı növbəti təxribatı 2011-ci ildə Almaniyada təşkil onlunan müsabiqə üçün planlaşdırılıb. Belə ki, Azərbaycanla müharibə şəraitində olan və torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan bu yarışmada təmsilçisinin ifa etməsi üçün mahnı seçimini məhz 26 fevral – Xocalı soyqırımı gününə təyin edib.

Növbəti təxribat 2014-cü il Danimarkada təşkil olunan yarışda yaşanıb. Belə ki, Avraviziya yarışmasının son günü iştirak edən hər bir ölkədən bir nümayəndə öz səsini hansı ölkəyə verəcəyini elan edir. Həmin il Azərbaycandan nümayəndə kimi müğənni Səbinə Babayeva seçilmişdi. Səsvermə zaman kiçik anlaşılmazlıq yaşanıb. Final səsverməsindən əvvəl keçirilən sınaq səsvermə zamanı ölkələr üzrə səs saylarını açıqlayan müğənni Səbinə Babayeva Azərbaycanın 10 balı İrlandiyaya göndərdiyini bildirib. Bu açıqlamadan sonra isə danimarkalı aparıcılar İrlandiyanın finalda iştirak etmədiyini və ondan 10 səsi kimə göndərdiklərini yenidən açıqlamasını xahiş ediblər. Lakin Səbina Babayeva yenə də İrlandiyanın adını çəkib. Erməni mətbuatı isə Azərbaycanın müsabiqədə biabır olduğunu yazıb.

Qeyd edək ki, bu hadisə ermənilərin təqdim etdiyi kimi biabırçı fakt deyil və sınaq səsverməsində baş verib. Sınaq səsverməsindəki nətəcələr final gecəsində verilən səslərlə üst-üstə düşməyə də bilər. Belə ki, video görüntüdən də aydın olur ki, digər ölkələr də məşq prosesində finaldan fərqli olaraq, tamam başqa ölkələrin adlarını çəkiblər.

Ermənilər tərəfindən sonuncu belə hal 2016-cı il İsveçdə keçirilən müsabiqədə yaşanıb.  Ermənistan təmsilçisi İveta Mukuçyan və digər nümayəndələr yarımfinal müsabiqəsində Ermənistan nümayəndəlri canlı yayım zamanı  qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırıb. Azərbaycan tərəfinin etirazından sonra yarışmanın təşkilatçıları ermənilərə yarış zamanı bu bayraqdan istifadəni qadağan ediblər.


loading...