Yuxarı
loading...
loading...

Cənubi Koreyanın kimya zavodunda xlor sızmasından 3 nəfər zəhərlənib

17.05.2018 10:56 Oxunma sayı: 1527


Cümə axşamı Cənubi Koreyanın Ulsan şəhərindəki kimya zavodunda xlor sızması nəticəsində üç nəfər zərər çəkib.

Bu barədə polis nümayəndəsi məlumat verib.

Hadisə "Hanwha" şirkətinə məxsus müəssisədə baş verib. Hüquq-mühafizə orqanlarının məlumatına görə, zavodun ən azı üç əməkdaşı zəhərlənib. Onların vəziyyəti və hadisənin digər detalları açıqlanmır.


loading...