Yuxarı
loading...
loading...

Qəribə məsləhətlər: 18-ci əsrin seksual etiketləri

16.05.2018 17:07 Oxunma sayı: 1360


Dünyaya oğul gətirmək üçün qadın hansı tərəfi üzərində uzanmalıdır? Gözəl uşaq doğmaq üçün nəyə baxmaq lazımdır? "Heyvanlarla yatmağın" nəticələri necə ola bilər?

BBC 1720-ci ilin seksual etiket sahəsindən məsləhətlər toplayıb.

Hansons hərrac evi georgian dövrünün seksual etiketlər və ər-arvad münasibətləri barəsində məsləhətlərdən ibarət kitabı satışa çıxarmağa hazırlaşır.

"Aristotelin şah əsəri iki hissədə: birinci hissə, nəsil sirləri" (Aristotle's Masterpiece Completed In Two Parts, The First Containing the Secrets of Generation) adlı üç yüz illik foliantı (böyük formatlı kitab) Londonda nəşr olunub.

Kitabın qədim yunan filosofu Aristotelə aidiyyəti yoxdur.

Hərrac evinin qiymətləndiricisi Jim Spencer deyir ki, 1960-cı illərə qədərə kitab faktiki olaraq qadağan edilmişdi.

"Bunun bir sıra səbəbləri var idi. Məsələn, kitabda qadınların heyvanlarla qeyri-təbii ittifaqı nəticəsində yaranan "qulyabanıların" ksiloqrafik şəkilləri var ", - deyə qiymətləndirici deyir.

Boş motivlərdən başqa kitabda müəlliflərin "iki ürək üçün alı xöşbəxtlik" hesab etdiyi münasibətləri və ya nikahı uzatmaq barədə çoxlu məsləhətlər var.

BBC münasibətlər barədə sizin üçün ən maraqlı məlumatları toplayıb.

Heyvanla yatmayın

Kitabda qadın oxuculara ünvanlanan, illüstrasiyalı "heyvanlarla yatmayın" xəbərdarlığı yer alıb.

Müəllifin fikrincə, bu cür hərəkət edən qadınlar özündə insan və heyvan cizgilərini birləşdirən məxluq doğmaq riskinə yol verir. İllüstrasiyalardan birində böyük quyruqlu bir kişi, digərində lələkli və caynaqlı körpə doğan qadın əks olunub.

Müəlliflərin iddiasına görə, quşdan dünyaya gələn körpə hadisəsi 1512-ci ildə baş verib və bu "məkrli və pozğun" ananın günahı olub.

Ərinizə baxın

Kitabda iddia edilir ki, körpənin zahiri görünüşü tamamilə ananın təsəvvürlərinə əsasən formalaşır.

"Əgər qadın xəstə bədənlərə baxarsa, onun təsəvvür gücü tüklü dodaqlı, əyri ağızlı və qabarıq dodaqlı körpə doğa bilər ", - kitabda deyilir.

Həmçinin oxuyun:

Bundan necə yayınmaq olar?

Seks zamanı qadın "diqqətlə kişiyə baxmalı və beynində bütün fikrini ona yönəltməlidir". O zaman doğulan körpə ataya oxşayacaq. Bu arada atanın da bığı və ya "əyri ağzı" ola bilər.

Müəlliflər deyirlər ki, 1512-ci ildə quş ayaqlı və lələkli körpənin doğulması əlbəttə ki, ananın günahıdır

Fotonun müəllifi HANSON'S AUCTİON HOUSE

Image captionMüəlliflər deyirlər ki, 1512-ci ildə quş ayaqlı və lələkli körpənin doğulması əlbəttə ki, ananın günahıdır

Düzgün qidalanma

"Toxumunu bol etmək istəyən" kişilər köklü bitkilərdən və oxuyan quşlardan istifadə etməlidirlər.

Cinsi funksiyanı bərpa etmək üçün kişilərə yumurta, sərçə, qara qaratoyuq, adi qaratoyuq, kəklik, gənc göyərçinlər, zəncəfil və turp yemək məsləhət görülür.

Müəlliflərin fikrincə, "əyləncəyə meylli" olan qadınlar "ağır, yağlı yeməklərdən və ədviyyatdan" uzaq durmalıdırlar.

Çünki bu qidalar bədən hərarətini artırır.

Bu problemin digər həlli nikahdır.

Müəllifin yazdığına görə, qızlar ərə gedən zaman onların "əylənməsi" "ərlərinin məmnunluğu" ilə tarazlanır və onlar "daha şən və canlı" olurlar.

Qalxmağa tələsməyin

Daha bir məsləhət.

"Təbiətin tələb etdiyini yerinə yetirdikdən sonra kişi öz arvadının qucağını çox tez tərk etməməlidir".

Əslində, bunu həmdə adi nəzakət qaydası tələb edir.

Kitabda deyilir ki, kişi "hər şeyin tabe olduğu dünya möcüzəsidir". Görəsən, feministlər nə deyərdi?

Fotonun müəllifi HANSON'S AUCTİON HOUSE

Image captionKitabda deyilir ki, kişi "hər şeyin tabe olduğu dünya möcüzəsidir". Görəsən, feministlər nə deyərdi?

Cinsi seçimi təcrübədən keçirin

İstəyirsiniz ki, sizin qızınız doğulsun? O, zaman cinsi əlaqədən sonra qadın sol tərəfi üstə uzanmalıdır. Əgər oğlan istəyirsinizsə, o zaman sağ tərəfi üstə.

Bundan başqa, "oğlan uşağının doğulması üçün ən yaxşı vaxt günəşin Şir bürcündə, ayın isə Qız, Əqrəb və Oxatan bürcündə yerləşməsidir.

Müəllifin yazdığına görə, qız uşağının doğulması üçün ən yaxşı vaxt isə "bütöv ayın Tərəzi və Dolça bürcündə yerləşməsidir".

Kişi hər şeydən irəlidir

Kişi - "digər şeylərin tabe olduğu dünya möcüzəsidir", "onun toxumlarına isə həyat ruhu ilə dolu ilahi hədiyyə kimi yanaşmaq lazımdır".

Kitabda belə deyilir.

"Şübhəsiz ki, müqəddəs nikahda ürəklərin birləşməsi onlara ali xoşbəxtlik bəxş edir: kişilərin fikirlərini bölüşəcək və işlərində etibarlı tərəfdaş olan "ikinci yarısı" əmələ gəlir".

Kitab 1720-ci ildə nəşr edilib, lakin ötən əsrin 1960-cı ilinə qədər "qadağan edilib". Hərrac evindən belə deyirlər

Fotonun müəllifi HANSON'S AUCTİON HOUSE

Image captionKitab 1720-ci ildə nəşr edilib, lakin ötən əsrin 1960-cı ilinə qədər "qadağan edilib". Hərrac evindən belə deyirlər.


loading...