Yuxarı
loading...
loading...

“Facebook”da 200 tətbiqin fəaliyyəti dayandırıldı

16.05.2018 16:26 Oxunma sayı: 1364


“Facebook” şirkəti böyük həcmdə istifadəçi məlumatlarına sahib ola biləcək tətbiqləri analiz edib və onlardan 200-nün fəaliyyətini dayandırıb.

Bu barədə şirkətin vitse-prezidenti İme Arxibonq bildirib.

Məlumata görə, həmin tətbiqlər istifadəçi məlumatlarının sızdırılması hadisəsinin istintaqı bitənə qədər deaktiv edilib.

Hansısa tətbiqin istifadəçi məlumatlarından sui-istifadə etməsi müəyyənləşdirilsə, onun fəaliyyəti sosial şəbəkə daxilində məhdudlaşdırılacaq və tətbiqdən istifadə etmiş şəxslər təhlükəsizlik baxımından bu barədə məlumatlandırılacaqlar.


loading...