Yuxarı
loading...
loading...

Azarkeşlər futbolçuları döydülər

16.05.2018 11:24 Oxunma sayı: 1331


Portuqaliya futbolunda xoşagəlməz hadisə baş verib.

“Sportinq”in azarkeşləri futbolçuları döyüb.

50 yaxın fanat klubun bazasına soxulub. Komandanın nəticələrindən narazı azarkeşlər bəzi oyunçuları döyməyə də macal tapıb.

Baş məşqçi Jorje Jezuşu təhqir edən fanatlar futbolçulardan Rui Patrisio, Vilyam Karvalyo, Bas Dost, Rodriqo Battalya və Yosip Mişiçə xəsarət yetiriblər. Dostun başının yarıldığı bildirilir.

Qeyd edək ki, hazırda “Sportinq” Portuqaliya çempionatının 3-cü pilləsində qərarlaşıb.


loading...