Yuxarı
loading...
loading...

Cənubi Koreya KXDR-in yüksək səviyyəli görüşdən imtina etməsinə cavab verib

16.05.2018 14:24 Oxunma sayı: 1478


Cənubi Koreyanın hakimiyyət orqanları Koreya Xalq Demokratik Respublikasının (KXDR) Phanmundjo sərhəd məntəqəsində mayın 16-da yüksək səviyyəli görüşdən imtina etməsinə təssüf ediblər.

Bu barədə Koreya Respublikasının Birləşmə Nazirliyinin bəyanatında bildirilir.

"Şimalın (KXDR) hər il keçirilən Cənubi Koreya-ABŞ təlimlərinə görə danışıqları təxirə salması təəssüf doğurur", - deyə bəyanatda bildirilir.

Bəyanatda həmçinin deyilir ki, Koreya Xalq Demokratik Respublikasının danışıqlardan imtinası iki ölkə liderlərinin arasında nail olunmuş razılaşmaların hədəfinə və ruhuna uyğun deyil.

Qeyd edək ki, bu gün iki ölkənin yüksək səviyyəli hökumət nümayəndələrinin danışıqları planlaşdırılırdı.


loading...