Yuxarı
loading...
loading...

İsmayıllıya yağan dolu təsərrüfata ciddi ziyan vurdu

15.05.2018 23:23 Oxunma sayı: 1483


İsmayıllı rayonunda yağan dolu və leysan yağışı fəsadlar törədib.  Bu gün axşam saatlarında İsmayıllı şəhərinə və bir neçə kəndə dolu düşüb.

Təxminin 10 dəqiqə yağan dolunun ardınca isə güclü küləklə müşayiət olunan leysan xarakterli yağış yağmağa başlayıb. Meyvə-tərəvəzə, taxıl sahələrinə ziyan dəyib. Hazırda rayon fövqəladə hallar komissiyası tərəfindən təsərrüfata dəymiş ziyan hesablanır.


loading...