Yuxarı
loading...
loading...

İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak olub

15.05.2018 21:42 Oxunma sayı: 1497


Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda daha bir fələstinli həlak olub.

Bu barədə Fələstin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Əşrəf əl-Kedra məlumat verib.

Onun sözlərinə görə, 51 yaşlı Naser Əhməd Mahmud Qurab mayın 15-də Barica şəhərinin şərqində İsrail hərbçilərinin açdığı atəş nəticəsində ölüb: “Bununla da martdan bəri İsrail hərbçiləri ilə toqquşmalarda həlak olan fələstinlilərin sayı 105 nəfərə çatıb”.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, mayın 15-də İordan çayının qərb sahilində 80 nəfər yaralanıb: “Onlardan 50-si Vifleym şəhərində İsrail hərbçilərinin rezin və döyüş güllərindən istifadə etməsi nəticəsində xəsarət alıblar. Gözyaşardıcı qazdan zəhərlənənlərin sayı isə onlarladır. Əl-Bira şəhərinin girişində də 30 nəfər yaralanıb”.

Qeyd edək ki, fələstinlilər ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edirlər.


loading...