Yuxarı
loading...
loading...

ABŞ-da Serj Sarkisyanın qardaşlarına qarşı cinayət işi açıldı

15.05.2018 16:18 Oxunma sayı: 1335


ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) müstəntiqləri Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşları Aleksandr, Saşik və Levon Sarkisyana qarşı cinayət işi açıb.

Müstəntiqlər həm ABŞ-da, həm də Ermənistanda Sarkisyanın qardaşlarının əməllərindən zərər çəkən iş adamları barədə materiallar toplamağa başlayıblar.

Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan da FBİ-nin hədəfindədir. Xaçatryan vəzifədə olarkən çox sayda biznesmeni müflis edərək, onların əmlakını və biznesini ələ keçirməkdə ittiham olunur.

Sarkisyanın qardaşlarına qarşı açılan cinayət işinin təfərrüatları haqda məlumat verilməyib. 


loading...