Yuxarı
loading...
loading...

Məleykə Əsədovanın anasını söyən Ramiz Məliklə bağlı QƏRAR VERİLDİ

15.05.2018 12:11 Oxunma sayı: 1450


Bu gün Bakı Apellyasiya Məhkəməsində xalq artisti Məleykə Əsədovanın xalq artisti Ramiz Məlikə qarşı məhkəmə qərarından verdiyi apellyasiya şikayəti üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Etibar Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R. Məlik mətbuatda təkzib verməklə yanaşı, M. Əsədovaya 1000 manat məbləğində pul ödəyəcək.

Qeyd edək ki, M. Əsədova Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, R. Məlik tərəfindən şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir.

Məhkəmə bu şikayəti təmin etmədiyi üçün M. Əsədova apellyasiya şikayəti verib.


loading...