Yuxarı
loading...
loading...

İsrail ordu və polisi tam döyüş hazırlığı vəziyyətinə gətirdi

15.05.2018 12:24 Oxunma sayı: 1387


Qəzza zolağında baş verən hadisələrlə bağlı İsrail öz ordu, polis və xüsusi xidmət orqanlarını tam döyüş hazırlığı vəziyyətinə gətirib.
 
Bu barədə öz "Twitter” səhifəsində baş nazir Benyamin Netanyahu məlumat verib:
 
 
"Ordu, İsrail ümumi təhlükəsizlik xidməti və polis tam döyüş hazırlığı vəziyyətinə gətirilib”.
 
Netanyahu təhlükəsizlik məsələlərində müdafiə naziri Aviqdor Liberman, DİN naziri Gilad Erdan və ordu rəhbərliyi ilə müzakirələr apardığını diqqətə çatdırıb.

 


loading...