Yuxarı
loading...
loading...

Türkiyədə benzin və dizel yanacağı bahalaşıb

15.05.2018 11:13 Oxunma sayı: 1334


Bu gündən etibarən Türkiyədə benzin, dizel yanacağı və mayeləşdirilmiş neft qazının (LPG-Liquefied Petroleum Gas) qiyməti artıb.

 Türkiyə KİV-i xəbər verir ki, benzin 18, dizel yanacağı 15, LPG isə 12 kuruş bahalaşıb.

Qiymət artımından sonra İstanbulda benzinin qiyməti 6,20 lirə (2,41 manat), dizel yanacağının qiyməti isə 5,60 lirəni (2,17 manat) keçib.


loading...