Yuxarı
loading...
loading...

Türkiyədə 3 günlük matəm elan olundu

15.05.2018 00:33 Oxunma sayı: 1472


Qəzza şəhərində baş verən hadisələrlə bağlı Türkiyədə 3 günlük matəm elan olunub.

 

Bu barədə baş nazirin köməkçisi, hökumət sözcüsü Bəkir Bozdağ açıqlama verib. O, bildirib ki, Fələstin xalqı ilə birlikdə olduğumuzu göstərmək, şəhidləri sayğıyla anmaq məqsədilə ölkədə 3 günlük matəm elan edilməsi ilə bağlı qərar verilib.

 

Qeyd edək ki, fələstinlilər ABŞ-ın İsraildəki səfirliyinin Qüdsə köçürməsinə etiraz olaraq kütləvi aksiyalara başlayıb. İsrail hərbçilərinin aksiya iştirakçılarına atəş açması nəticəsində 55 nəfər ölüb, 3 minə yaxın adam yaralanıb.


loading...