Yuxarı
loading...
loading...

Dünya çempionatının hakimi həbs olundu

15.05.2018 13:34 Oxunma sayı: 1455


Səudiyyə Ərəbistanının Futbol Federasiyası 2018-ci il dünya çempionatına təyinat almış hakim Fəhəd əl-Mirdasini ömürlük diskvalifikasiya edib.

Səbəb əl-Mirdasinin danışılmış oyunlarda iştirakıdır.

Daha əvvəl o, mayın 12-də keçirilmiş Kral Kubokunun final matçının hakimliyindən kənarlaşdırılıb. Bildirilir ki, referi mayın 11-də finalçı klublardan birinin rəsmi şəxsi ilə əlaqə quraraq, qələbəyə köməyi qarşılığında pul mükafatı tələb edib. Hazırda 33 yaşlı baş hakim həbsdədir.

Fəhəd əl-Mirdasi 2017-ci il Konfederasiyalar Kubokunda, o cümlədən Meksika və Portuqaliya yığmaları arasında keçirilmiş 3-cü yer uğrunda görüşdə çalışıb.

Dünya çempionatı 14 iyun - 15 iyul tarixlərində Rusiyanın 11 şəhərindəki 12 stadionda keçiriləcək.


loading...