Yuxarı
loading...
loading...

Ərdoğan ABŞ və İsrailə qarşı hərəkətə keçdi

15.05.2018 10:12 Oxunma sayı: 1357


Qəzzada baş verən insanlıq dramını lənətləyirəm.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda çıxışı zamanı deyib.

“İsrail terrorizmi yayır və bir terror dövlətidir. ABŞ İsraillə rəhmsiz razılaşmaya gedib. Hücumlar İsrailin çirkin simasının göstəricisidir. Fələstinli qardaşlarımıza dəstək üçün 3 gün matəm elan etmişik. İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə toplantısını keçirilməsini tələb edirik. Cümə günü Yeni Qapı meydanında zülmə qarşı böyük nümayiş təşkil edəcəyik. Bütün imkanlarımızla fələstinlilərin yanındayıq.

BMT baş katibi və hörmətli Mahmud Abbas başda olmaqla, bir çox liderlərlə bu mövzuda görüşlər keçirəcəyəm. Xristian, musəvi və digər inanc sahiblərini bu haqsızlığa qarşı səslərini ucaltmağa çağırıram”, - deyə Ərdoğan bildirib.


loading...