Yuxarı
loading...
loading...

Əl Qaidə cihad elan etdi

15.05.2018 11:23 Oxunma sayı: 1477


Əl Qaidə lideri Eyman Zəvahiri səfirliyini Qüdsə köçürən ABŞ-a qarşı cihad çağırışı edib.

Əl Qaidəyə bağlı olan sosial şəbəkə hesablarında “Təl-Əvivdə müsəlman torpağı” adlı 5 dəqiqəlik video paylaşılıb. Videoda Zəvahiri Fələstin rəsmilərini ölkələrini satmaqda günahlandırıb və münaqişənin danışıqlar yolu ilə həll edilməyəcəyini bildirib:

“ABŞ prezidenti müasir xaçlıların gerçək simasını göstərdi. O, dəqiq və qəti addımlar atdı. Bununla bağlı təskinlik tapmaq, məsələnin üzərindən keçmək, əhəmiyyət verməmək işə yaramır. Yeganə yol cihad çağırışı ilə mübarizəyə qalxmaqdır”.

Zəvahiri həmçinin bir çox müsəlman ölkəsinin İsrail ilə gizli və aşkar şəkildə əməkdaşlıq etdiyini dilə gətirib:

“Bəzi müsəlman ölkələri Təl-Əvivi və Qüdsü İsrailin paytaxtı olaraq qəbul edib. Halbuki, Təl-Əviv özü müsəlman torpağıdır, yəhudilərə verilə bilməz”.


loading...