Yuxarı
loading...
loading...

Rusiyada fövqəladə vəziyyət elan olundu

15.05.2018 09:51 Oxunma sayı: 1405


Rusiya Federasiyasının Yakutiya Respublikasında fövqəladə vəziyyət elan olunub.

Bu barədə Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov məlumat verib. Nazirin sözlərinə görə, qərar daşqınlarla əlaqədar qəbul olunub.

Qeyd olunur ki, daşqınlar nəticəsində Yakutiyada 11 yaşayış məntəqəsi ziyan çəkib, daha 6-7 qəsəbə su altında qalmaq təhlükəsi ilə üz-üzədir.

Bildirilib ki, bölgəyə xilasetmə işləri ilə əlaqədar əlavə qüvvələr cəlb olunur.


loading...