Yuxarı
loading...
loading...

Tanınmış futbolçu karyerasını ABŞ-da davam etdirəcək

14.05.2018 23:35 Oxunma sayı: 1515


İngiltərənin “Everton” klubunun futbolçusu Ueyn Runi karyerasını ABŞ təmsilçisi “DC Yunayted”də davam etdirəcək.

33 yaşlı forvard artıq komanda yoldaşları ilə vidalaşıb. ABŞ klubunun İngiltərə yığmasının sabiq hücumçusu üçün “Everton”a 12,5 milyon funt sterlinq təklif etdiyi bildirilir.

Qeyd edək ki, ötən yay “Mançester Yunayted”dən “Everton”a dönən Ueyn Runi yetirməsi olduğu klubla 30 iyun 2019-cu ilə qədər müqavilə bağlayıb. O, başa çatan mövsümdə iştirak etdiyi 31 matçda 10 qol vurub və 2 məhsuldar ötürmə verib.


loading...