Yuxarı
loading...
loading...

AZAL borc içində batır Əsgərovların biznesi çiçəklənir

14.05.2018 17:34 Oxunma sayı: 1783


"Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Qəmzəyevanın Batumidə ümumi dəyəri 31 milyon dollar olan 100 otaqlı otel binası tikdirməsi barədə yayılan məlumatlar Azərbaycanda birmənalı qarşılanmayıb.
 
Yerli mediada dərc olunan məlumatlara görə isə, Cahangir Əsgərovun prezidenti olduğu AZAL şirkətinin zərəri 1 milyard manatı keçib. İqtisadçı Qubad İbadoğlu özünü sonuncu "Facebook” statuslarından birində diqqəti bu təzada yönəldib:
 
"Gürcüstanın "NewsGeorgia” saytının yaydığı məlumata görə, AZAL Dövlət Konserninin prezidenti Cahangir Əsgərovun ailəsinə məxsus beşulduzlu "Qrand Qloriya” mehmanxanasının dəyəri 31 milyon dollardır. "Qloriya” şirkətinin 50,8% payı "AZAL” prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Z.Həmzəyevaya, qalanı onun uşaqları Cəmilə və Məlahət Əsgərovalara məxsusdur.
 
 
2016-cı ilin yazında maliyyə naziri Samir Şərifovun parlamentdə verdiyi açıqlamaya görə, AZAL-ın xarici borcu 650 milyon dolları ötüb. Həmin zamandan indiyədək, AZAL borclarını artırır. Ehtimal olunur ki, hazırda AZAL-ın borcu 1 milyard dollara çatır. AZAL-ın xarici öhdəliklərinin əksəriyyətinin zəmanəti dövlət tərəfindən verilib. Digər dövlət şirkətləri ilə yanaşı AZAL da xarici valyuta ilə olan borc öhdəliklərini icra etməkdə çətinlik çəkir. Borc vəsaitini AZAL-ın xərcləməsinə baxmayaraq, onun çox hissəsi dövlət büdcəsindən ödənilir. Bu isə dövlət büdcəsindən xarici borcların ödənməsi üçün ayrılmış vəsaitlərin ildən ilə sürətlə artmasına səbəb olur. Belə ki, 2018-ci ilin büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər üçün 2 milyard 262 milyon manatdan çox vəsait nəzərdə tutulub”.

loading...