Yuxarı
loading...
loading...

Yaponiyadan Qüds açıqlaması

14.05.2018 19:29 Oxunma sayı: 1505


Yaponiya Nazirlər Kabinetinin Baş katibi Yaşihide Suqa ABŞ səfirliyinin yerinin Təl-Əvivdən Qüds şəhərinə köçürülməsi ilə bağlı narahatlığını ifadə edərək bildirib ki, bu, Yaxın Şərqdə sülh danışıqlarına mənfi təsir göstərərək, regionda vəziyyəti gərginləşdirə bilər.

Mayın 14-də Y.Suqa kütləvi informasiya vasitələrinin nümayəndələrinə bu barədə açıqlama verib. O deyib ki, Qüdsün statusu məsələyə aid olan bütün tərəflərin iştirakı ilə müəyyən olunmalıdır.

Y.Suqa Yaponiyanın mövqeyini ifadə edərək qeyd edib ki, problem "iki dövlət prinsipi" əsasında həll edilməli, İsrail ilə yanaşı, gələcəkdə Fələstin dövlətinin mövcud olacağı da qəbul edilməlidir.


loading...