Yuxarı
loading...
loading...

Sumqayıtda daha bir abituriyent imtahana görə intihar etdi

14.05.2018 15:50 Oxunma sayı: 1820


Sumqayıt şəhərində bir gündə iki abituriyent imtahandan sonra intihar edib.

Ikinci analoji hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli binada baş verib.

Belə ki, adı Faiq olduğu deyilən, 17 yaşlı gənc 14 mərtəbəli binanın damına çıxaraq özünü oradan atıb. Onun meyiti “morq”a təhvil verilib.

Qeyd edək ki, bir neçə saat öncə də  2001-ci il təvəllüdlü Sumqayıt sakini Pənah Quliyev yaşadığı binanın beşinci mərtəbəsinin eyvanından özünü yerə atıb.


loading...