Yuxarı
loading...
loading...

Qəzzada əhaliyə havadan çağırış vərəqələri səpələnir

14.05.2018 15:16 Oxunma sayı: 1504


İsrail Qəzza zolağındakı fələstinlilərə çağırış edib.

Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail tərəfi yeni aksiyalara hazırlaşan fələstinliləri ordunun qoruduğu sərhədə yaxınlaşmamağa və toqquşmalardan çəkinməyə çağırıb. Təyyarələr çağırış vərəqlərini Qəzza zolağının üzərində uçaraq səpələyiblər.

İsrail təhlükəsizlik qüvvələri ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi ilə əlaqədar fələstinlilərin kütləvi aksiyalar planlaşdırığını güman edir.

Bundan narahat olan rəsmi Təl-Əviv Qəzza zolağına əlavə iki piyada briqadası göndərib.


loading...