Yuxarı
loading...
loading...

Müsəlman ölkəsi çalxalanır: 7 nəfər öldü - VİDEO

14.05.2018 14:27 Oxunma sayı: 2188


İndoneziyada iki gün ərzində dördüncü partlayış törədilib.

 “Jakarta Globe” nəşrinin yazdığına görə, sonuncu partlayış Surabay şəhərində polis bölməsinin yaxınlığında baş verib.

İndoneziyanın ikinci böyük şəhərində baş verən partlayış nəticəsində 7 nəfər həlak olub. Bir neçə polis yaralanıb.

Xatırladaq ki, dünən Surabayda üç terror aktı nəticəsində 11 nəfər həlak olub, daha 40-ı zərər çəkib.

Birinci partlayış Müqəddəs Mariya katolik kilsəsinin yaxınlığında, ikincisi Diponeqoro küçəsində protestant kilsəsində, üçüncüsü isə Ardjuno küçəsində yerləşən kilsədə törədilib.

Hücumları bir ailənin altı üzvü – ata, ana, 16 və 18 yaşlarında iki oğlu, həmçinin 9 və 12 yaşlarlında iki qızı edib. Polisin məlumatına görə, bütün ailə İŞİD-lə bağlı olan “Cemaa Anşarut Daula” yerli terror təşkilatı üzvlərdir.


loading...