Yuxarı
loading...
loading...

“Eurovision” gələn il Qüdsdə keçiriləcək”

14.05.2018 10:36 Oxunma sayı: 1511


İsrailin baş naziri Binyamin Netanyahu builki “Eurovision” mahnı müsabiqəsində qalib gələn Netta Barzilayı təbrik edib.

Xarici KİV xəbər verir ki, baş nazir müsabiqənin gələn il Qüdsdə keçiriləcəyini bildirib. Netanyahu bəyanatını öz “Twitter” səhifəsində yazıb: “Netta, sən İsrailə böyük şərəf verdin! Gələn il Qüdsdə!”.

Qeyd edək ki, İsrail Qüdsü özünün Fələstin torpaqlarında paytaxtı elan edib.


loading...