Yuxarı
loading...
loading...

İndoneziyada daha bir partlayış baş verdi - 3 nəfər öldü

14.05.2018 10:22 Oxunma sayı: 1488


İndoneziyanın Şərqi Yava əyalətində yaşayış evində partlayış baş verib.

Partlayış nəticəsində biri yeniyetmə olmaqla 3 nəfər həlak olub. Partlayış anında evdə olan 2 uşaq xəsarət almayıb.

 

Polis nümayəndələri hesab edir ki, həlak olanlar partlayıcı qurğu hazırlayırmışlar.

Qeyd edək ki, İndoneziyanın Surabaya şəhərində ötən gün 3, bu gün 1 partlayış baş verib. Ötən gün şəhərdə 3 kilsə partladılıb. Partlayışlar nəticəsində 13 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. Həmçinin polis məntəqəsinin girişində motosiklet partladılıb, nəticədə 7 polis əməkdaşı həlak olub.


loading...