Yuxarı
loading...
loading...

Rusiya və Ermənistan prezidentləri Soçidə görüşəcək

14.05.2018 10:25 Oxunma sayı: 1517


Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bazar ertəsi Soçidə ikitərəfli görüş keçirəcək.

Danışıqların Avrasiya İqtisadi İttifaqı sammitinin "meydanları"nda aparılması planlaşdırılıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, mayın 14-də keçiriləcək görüşdə tərəflər regional təhlükəsizliyin aktual məsələləri, həmçinin ikitərəfi gündəliyin əsas məsələlərini müzakirə edə biləcəklər.

Uşakovun sözlərinə görə, bu, Ermənistan baş naziri ilə ilk rabitə olacaq və bu özlüyündə iki ölkə rəhbərinin bir-biri ilə tanış olması baxımından vacibdir.


loading...